Çay evini qarət edənlər ələ keçdi

14 May 2010 16:07
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulanlar Asif Feyziyev və Namiq Fərəcovdur.
Onlar mayın 8-dən 12-dək olan müddət ərzində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində, şəhər sakini Mübariz Qəribova məxsus çay evindən açar seçmək yolu ilə 1208 manat pul oğurlayıblar.  
Hər iki şəxs Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıb.

Milli.Az