ABŞ Nümayəndələr Palatasında Tiktokla bağlı qərar

1 Mart 2023 21:22

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Prezidentə Tiktok sosial media tətbiqini, eləcə də hər hansı digər tətbiqləri qadağan etmək səlahiyyəti verən qanun layihəsini dəstəkləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, qanun layihəsini 24 konqresmen dəstəkləyib, 16-sı isə əleyhinə çıxıb.

Qanun layihəsi bu ayın əvvəlində Nümayəndələr Palatasının geniş iclasında səsə qoyulmalıdır.

Milli.Az