Qalmaqallı deputat-direktorun yerinə yeni təyinat - FOTO

1 Mart 2023 13:46

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün məktəbin müəllimi Tahirə Qasımova direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, fevralın 1-də məktəbə yeni təyin edilən direktor Turan Məmmədli ilə müəllimlər arasında insident baş vermişdi və müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməmişdilər. 2 gün sonra isə direktor vəzifəsindən azad edilmişdi.

Turan Məmmədli Naxçıvan Ali Məclisinin deputatıdır.

Milli.Az