Əlixan Rəcəbov İctimai Televiziyada yeni serial təqdim edəcək

1 Mart 2023 12:07

Aktyor və ssenarist Əlixan Rəcəbov İctimai Televiziyada serial təqdim etməyə hazırlaşır.

Milli.Az olay-a istinadən xəbər verir ki, artıq bunun üçün ilkin hazırlıqlar da başlanıb. "Alatava" adlanacaq layihə gələn sezon kanalın efirində yayımlanacaq.

Əlixan serialın ssenaristidir. Onunla birgə Vüqar Hüseynovun da ssenari də imzası olacaq. Taleh Yüzbəyovun da layihədə olacağı bildirilir.

Milli.Az