Messi DÇ-2026-da iştirak edəcəkmi?

1 Mart 2023 09:06

Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin DÇ-2026-da iştirakından danışıb.

Trend bu barədə "Infobae" portalına istinadən xəbər verir.

Mütəxəssis bildirib ki, futbolçunun turnirdə iştirakı onun əhval-ruhiyyəsindən asılı olacaq.

"Onun futbola həvəsi var. Xoşbəxt olduğu halda, qoy oynasın. O qalib gəlmək istəyir", - deyə baş məşqçi bildirib.

Milli.Az