Rusiya-Ukrayna savaşı ilə bağlı BƏDBİN PROQNOZ

1 Mart 2023 08:37

"Ukraynadakı münaqişə yaxın üç il ərzində davam edə bilər".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəis müavini Kolin Kal bildirib.

"Biz münaqişənin trayektoriyasını bilmirik. Münaqişə altı aya, bəlkə də iki və ya üç ilə bitə bilər", - Kal deyib.

O, hətta münaqişənin mümkün davamı ilə bağlı cari qiymətləndirmələri nəzərə alaraq, Ukrayna tərəfinə maliyyə yardımı şəklində Konqresin dəstəyinə ümid etdiyini bildirib.

Milli.Az