İsraildəki səfirimiz işə başladı: Şalom, İsrail!

28 Fevral 2023 22:25

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov artıq fəaliyyətinə başlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə səfir öz Tvitter səhifəsində paylaşım edib.

O, ilk tviti ilə İsraili salamlayıb: "Şalom, İsrail!"

Qeyd edək ki, yanvarın 11-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

Milli.Az