Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar - Azər Qarayev - VİDEO

28 Fevral 2023 17:32

Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar. Sumqayıt hadisələrindən əvvəl burada yaşayan ermənilər "Krunq" təşkilatı yaratmışdılar və onlar ora pullar köçürürdülər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İctimai televiziyanın "Diqqət Mərkəzi" verlişində qonaq olarkən Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib.

Digər maraqlı məqam Sumqayıtda ermənilərin yaşadığı evlərə hücumlarda özünü göstərir. Beləki araşdırmalar zamanı məlum oldu ki, birinci mərtəbədə yaşayan erməninin evinə hücum olmayıb, amma üçüncü mərtəbədə yaşayan erməninin mənzilinə hücum edilib.

Daha sonra isə məlum oldu ki, birinci mərtəbədə yaşayan erməni həmin "Krunq" təşkilatının üzvüdür və ora ödəniş edib, buna görə də onun mənzilinə hücum olunmayıb.

Ümumiyyətlə Sumqayıt hadisələrinin araşdırılması SSRİ prokurorluğuna tapşırılmışdı. Həmin mütəxəssislərinin içərisində isə yerli mütəxəssi olmayıb, halbu ki, yerli xüsusi xidmət orqanlarının əməkdaşları məsələni daha ətraflı araşdıra bilərdilər.

Milli.Az