Məşhur futbolçudan "Aşkın olayım" paylaşımı - VİDEO

28 Fevral 2023 18:29

"Galatasaray"ın ulduz futbolçusu Mauro İkardi diqqətçəkən paylaşım edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, "Instagram" hesabında futbol arenasında çəkdirdiyi fotonun üzərinə müğənni Simge Sağının oxuduğu "Aşkın olayım" mahnısını əlavə edib.

Sonra Simge onun bu paylaşımını repost edərək, üzərinə ürək emojisi qoyub.

Qeyd edək ki, Mauro İkardi və Simge Sağın "Instagram" hesabından bir-birilərini izləməyə başlayıb. Bu da onların arasında eşq dedi-qodularının yayılmasına səbəb olub.

Milli.Az