50 ildən bəri adada tək yaşayır - FOTO

26 Aprel 2012 15:27
O, 8 min funt-sterlinq ödəyərək Seyşel arxipelaqında kiçik Moyenn adası almışdı.
86 yaşlı Qrimşou artıq 50 ildir ki, həmin adada yaşayır.

Milli.Az "The Sun"a istinadən bildirir ki, 86 yaşlı Qrimşou hər səhəri burada, Hind okeanının sularının yuduğu kiçik, uzunu cəmi 800 metr olan adada açır.
Qrimşou gününü adadakı tısbağalar və quşlara qulluq etməklə keçirir.

"36 yaşımda bu adanın fotoşəklini görən kimi Moyennə vuruldum. Burada kokos palmaları o qədər sıx idi ki, valeh olmamaq mümkün deyildi. O vaxtdan bəri adada yaşayıram. Bu 50 il ərzində nələr görmədim ki?! Okeanda köpəkbalıqları mənə hücum etdilər, dəniz quldurları adaya hücum etdilər, ac və susuz qaldım. Hər cür günüm oldu. Amma həyatımdan çox razıyam", - Qrimşou deyir.

Dünyanın ən gözəl məkanlarından biri sayılan Seyşel arxipelaqında 115 ada var. Həmin adalarda isə 85 min nəfər yaşayır.

1962-ci ildən bəri adada tənha yaşamasına rəğmən, Qrimşou hələ də Dyusberi ləhcəsi ilə danışır.
Və o, adada yaşayan 120 okean tısbağasına "qulluq" edir.
Həmin nəhəng tısbağaların ən "cavan"ının 180 yaşı var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













Fotolar: Alamy