Buzovnada qanunsuz tikilən iki tikili söküldü - FOTO

28 Fevral 2023 16:55

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərin qarşısının alınması tədbirləri davam etdirilir.

Bu cür tədbirlərin davamı olaraq bu gün Xəzər rayonu, Buzovna qəsəbəsində iki ünvanda yerləşən tikinti sökülüb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşı Orxan Kətanovun sözlərinə görə, tikinti sahibi olan fiziki şəxslərə dəfələrlə məlumat verilsə də, onlar işi dayandırmayıblar. Bununla bağlı tikililərin sökülməsi barədə qərar qəbul olunub.

Qeyd edilib ki, FHN tərəfindən bütün respublika ərazisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində işlər görülür.

Milli.Az