Ebru Yaşar bu FOTOdakı ataya ev bağışladı

28 Fevral 2023 15:05

Kahramanmaraşda dağıntılar altında qalan qızının əlini buraxmayan Mesut Hançeri adlı şəxsə türkiyəli müğənni Ebru Yaşar yardım edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı Necat Gülserenlə birlikdə həmin şəxsə təmirli və əşyalı ev bağışlayıb.

Bununla bağlı Ebru sosial şəbəkə hesabında məlumat yayıb.

Milli.Az