Tanınmış türk aktyoru vəfat etdi

28 Fevral 2023 15:38

Türkiyəli aktyor Kazım Akşar vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 69 yaşlı aktyor ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, daha çox teatrda səhnə alan Akşar sonuncu dəfə "Menajerimi ara" serialında rol alıb. O, "Arka sokaklar", "Kurtlar vadisi" kimi bir çox məşhur layihədə də müxtəlif obrazlar canlandırıb.

Milli.Az