Bakıdakı qazancını zəlzələ qurbanları üçün xərcləyəcək

28 Fevral 2023 18:40

Məşhur sənətçi Sibel Can 8 Mart - Dünya Qadınlar günündəki Azərbaycan konsertinin gəlirini zəlzələ qurbanlarına bağışlayacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, müğənninin konserti Bakı Konqres Mərkəzində baş tutacaq.

Sibel Can bu dəfə tədbirdən əldə etdiyi qazancı AFAD-a bağışlayacaq.

Bu barədə danışan ifaçı "Kədərimizin çarəsizliyq çevrilməməsi üçün həmrəyliyə ehtiyacımız var", - deyə, vurğulayıb.

Milli.Az