Məşhur aktyor boşanır

28 Fevral 2023 12:40

Türkiyənin məşhur aktyoru Buğra Gülsoyla həyat yoldaşı Nilüfer Gürbüz ayrılmaq qərarına gəliblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, uzun müddətdir birlikdə görüntülənməyən ikilinin evliliklərində problem yaşadığı məlum olub.

2018-ci ildə nikah masasına oturan cütlüyün 5 illik evliliklərinə son qoymasına səbəb isə yaşadıqları fikirayrılığıdır.

Cem adlı bir uşaqları olan Gülsoyla Gürbüzün yaxın vaxtlarda boşanmaq üçün məhkəməyə müraciət edəcəkləri bildirilir.

Milli.Az