Tehranda şagirdlər zəhərləndilər - FOTO

28 Fevral 2023 09:24

Tehranın Şimali Cənnətabad qəsəbəsində yerləşən Məbəs məktəbinin şagirdləri zəhərləniblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, təcili yardım gecikdiyindən zəhərlənən məktəbliləri öz valideynləri xəstəxanaya çatdırıblar.

Məktəbdə daha bir neçə şagirdin də vəziyyəti pisləşib.

Milli.Az