İranda güclü PARTLAYIŞ: yaralılar var

28 Fevral 2023 07:56

İranın Bəndər Abbas şəhərində ammonyak çənində partlayış baş verib, altı nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Partlayışın "Baba Qulam" Sənaye Birliyinin buz fabrikində ammonyak qazı çənində baş verdiyi bildirilib.

Əlavə məlumat verilmir.

Milli.Az