İbtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq

27 Fevral 2023 15:47

Bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, eyni zamanda, ölkə üzrə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.

"Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Sertifikasiya imtahanında əlavə 30 dəqiqə vaxt verilməsi planlaşdırılır", - deyə nazir əlavə edib.

Milli.Az