Sevgilisinə çılpaq şəkillərini göndərən qızın başı dərddə - Xırdalanda birlikdə yaşadığı oğlan...

27 Fevral 2023 16:43

Xırdalanda gənc qız şantaj olunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, polisə şikayət edən Ş.A. qeyri-rəsmi nikah münasibətlərində yaşadığı İsmət adlı şəxsin onun səmimiyyətindən istifadə edərək qeyri-münasib şəkillərini çəkdiyini və bu şəkillərlə onu şantaj etdiyini bildirib.

Oğlan bu yolla sevgilisindən 3000 manatdan çox pul alıb.

Daxil olan şikayət əsasında Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlayıb.

Milli.Az