3 ölkə hərbi təlimə başlayır: Putin üçün aydın siqnal...

27 Fevral 2023 10:56

NATO-nun şərq cinahındakı təhlükəyə cavab olaraq ABŞ, Almaniya və Polşa Varşavada birgə hərbi təlimlər keçirəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

"Ukrayna ilə həmsərhəd ölkədə hərbi manevrlər NATO müttəfiqləri, eləcə də Rusiya Prezidenti Vladimir Putin üçün çox aydın siqnal olacaq", - Pistorius bildirib.

Milli.Az