Bakıda 73 yaşlı kişini avtomobil vuraraq öldürüb

27 Fevral 2023 10:49

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Möhübbət Əsədov idarə etdiyi "KİA Ceed" markalı avtomobillə yolu keçən 1950-ci il təvəllüdlü Bəhruz Ələsgərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Milli.Az