Blinkenin Qazaxıstan və Özbəkistana səfəri başlayır

27 Fevral 2023 09:05

ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstan və Özbəkistana səfəri başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə E.Blinken "Twitter" hesabında paylaşım edib.

"Bu, katib kimi ilk dəfə Qazaxıstan və Özbəkistana səfərimdir. Mərkəzi Asiya tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - deyə paylaşımda qeyd olunub.

Milli.Az