Bu ölkədə avtomobilləri yumaq qadağan edildi

27 Fevral 2023 08:21

Fransa hakimiyyəti quraqlıq səbəbindən ölkənin cənubundakı dörd departamentdə su istehlakına məhdudiyyətlər qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Ekoloji Keçid və Ərazi Birliyi naziri Kristof Beşu bildirib.

"Dörd departamentdə məhdudiyyətlər tətbiq edilib: İzer, Buş-dyu-Ron, Var və Şərqi Pireney. Prefektin əmri aprelin 30-dək fiziki şəxslərə avtomobillərini yumaq, qazonları sulamaq, hovuzu doldurmaq qadağan olunub. Yerli səviyyədə fermerlər də daxil olmaqla hamı su istehlakını 50% azaltmalıdır", - deyə o bildirib.

Nazirin sözlərinə görə, respublikanın bəzi digər idarələri də nəzarətdədir, onlarda da analoji tədbirlər tətbiq oluna bilər.

Qeyd edək ki, Fransanın meteoroloji xidməti 2022-ci ili ölkə tarixinin ən isti ili kimi tanıyıb. Belə ki, ötən il orta illik temperatur təxminən 14,5 dərəcə qeydə alınıb.

Milli.Az