Adı Murat Bozla hallanan Ayça iş adamı ilə münasibətə başladı

27 Fevral 2023 19:56

Bir müddət əvvəl pop ulduz Murat Bozla eşq yaşadığı iddia edilən Ayça Ayşin Turan yeni sevgi münasibətinə başlayıb. 

Milli.Az olay-a istinadən yazır ki, sənətçinin bir çox məşhur xanımla sevgili olan, iş adamı Umut Evirgenlə adı hallanıb. 

İddialara görə, cütlük gözlərdən uzaq olmaq üçün Ayçanın evində görüşür.

Milli.Az