Bu ölkədə güclü zəlzələ olub

27 Fevral 2023 07:05

Qırğızıstanda 5,9 maqnitudalı zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Almatı şəhərindən 278 kilometr cənub-şərqdə Qırğızıstan və Çin sərhədində yerləşib. Zəlzələnin enerji sinfi 12,1-dir.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Milli.Az