Roma Papasından Rusiya və Ukrayna liderlərinə MÜRACİƏT

26 Fevral 2023 23:03

Roma Papası Fransisk ənənəvi bazar günü duası zamanı Rusiyanın və Ukraynanın siyasi rəhbərliyinə müraciət edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, o, tərəfləri bir-birini bağışlamağa və danışıqlar masasına oturmağa çağırıb.

Pontifik qeyd edib ki, xristian dininin fəziləti qarşılıqlı bağışlama və insan həyatının qorunmasına xidmətdən ibarətdir.

Milli.Az