49 əcnəbi vətəndaş Qarabağdan Ermənistana keçib

26 Fevral 2023 22:30

"Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı Qarabağ ərazisindən Ermənistana təxliyə edib".

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları əcnəbi vətəndaşların maneəsiz şəkildə Qarabağdan Ermənistana keçidini təmin ediblər.

Milli.Az