Türkiyə klubunun baş məşqçisi pulsuz işləyəcək

26 Fevral 2023 21:08

Türkiyədəki güclü zəlzələnin baş verdiyi şəhərlərdən olan İskenderunu təmsil edən eyni adlı klubun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 2-ci Liqa təmsilçisini Levent Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İskemdurun şəhərindən olan Levent Şahin kluba dəstək məqsədilə komandada pulsuz çalışacaq. 49 yaşlı mütəxəssis "İskenderun"da işləyəcəyi müddət ərzində maaş almayacaq.

Qeyd edək ki, Levent Şahin uzun müddət Türkiyə millisində və "Qalatasaray"da Fatih Terimin köməkçisi olub.

Milli.Az