Səudiyyə Ərəbistanının XİN rəhbəri Kiyevdə Zelenski ilə görüşüb

26 Fevral 2023 19:44

Səudiyyə Ərəbistanının xarici işlər naziri Ukraynaya səfər edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Al Ekhbariya telekanalı xəbər yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının XİN rəhbəri Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Bu, diplomatik münasibətlərin qurulmasından bəri Səudiyyə Ərəbistanı XİN rəhbərinin Ukraynaya ilk rəsmi səfəridir.

Milli.Az