Rusiyanın Novqorod vilayətində M-11 magistralında 41 avtomobilin iştirakı ilə ağır qəza baş verib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qəzada 14 nəfər yaralanıb, onların arasında uşaqlar da var. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yol-nəqliyyat hadisəsinə səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.
Qəza səbəbindən ərazidə uzunluğu 4 km-ya çatan tıxac yaranıb.
Milli.Az