Ziya Şengül vəfat etdi

26 Fevral 2023 15:52

Türkiyənin "Fənərbaxça" klubunun və milli komandanın əfsanəvi adlarından olan Ziya Şengül 79 yaşında dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə İdman Yazarları Dərnəyi açıqlama verib.

"Ziya Kaptan" ləqəbi ilə tanınan və 1964-1975-ci illər arasında "Fənərbaxça" formasını geyinən əfsanəvi ad 5 liqa, 2 Türkiyə kuboku və 3 Prezident kuboku qazanıb.

Futbolçu 21 dəfə oynadığı milli komandanın oyunlarından 17-nə kapitanlıq edib.

1979-1980-cı illərdə "Fənərbaxça"da məşqçi olaraq çalışaraq, Türkiyə İdman Yazarları Dərnəyi Kubokunu və Baş Nazirlik Kubokunu qazanmağı bacarıb.

Milli.Az