İran Trampı öldürmək istəyir - Generaldan iddia

26 Fevral 2023 15:09

"İran Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinin qisasını almaq üçün ABŞ-ın keçmiş prezidenti Donald Tramp və keçmiş dövlət katibi Mayk Pompeonu öldürməyə çalışır".

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, bu barədə İran generalı Əmirəli Hacızadə xəbərdarlıq edib.

O, Tehran İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlarının rəhbəri Süleymaninin 2020-ci ilin yanvarında Bağdad hava limanında ABŞ-ın dron hücumu nəticəsində öldürülməsindən sonra Trampın hədəf siyahısında olduğunu bildirib.

"Ümid edirik ki, Tramp, Pompeo, ABŞ-ın keçmiş generalı Kennet Makkenzi və Süleymaninin öldürülməsinə göstəriş verən hərbi komandirləri öldürə biləcəyik", - deyə, Hacızadə bildirib.

Milli.Az