Peter Mixalko Xocalı soyqırımından yazıb

26 Fevral 2023 10:45

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfir özünün "Facebook" səhifəsində yazıb.

"Xocalı faciəsində ailələ üzvlərini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız birləşərək Cənubi Qafqazda barışıq və davamlı sülh üçün hər cür səy göstməliyik", - deyə səfir bildirib.

Milli.Az