Unutmamışıq, unutmayacağıq - Çavuşoğludan Xocalı soyqırımı ilə bağlı paylaşım

26 Fevral 2023 09:20

Biz Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq, unutmayacağıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun "Twitter" səhifəsindəki Xocalı soyqırımı ilə bağlı paylaşımda bildirilib.

"31 il əvvəl Xocalıda azərbaycanlı qardaşlarımızın qətlə yetirilməsini pisləyir, şəhidlərimizi bir daha rəhmətlə yad edirik. Biz Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq, unutmayacağıq", - deyə nazir qeyd edib.

Milli.Az