Zelenski 10-cu sanksiyalar paketini tənqid edib

25 Fevral 2023 23:28

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı tərəfindən Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketini çox yumşaq hesab edib və Qərbi Moskvaya təzyiqi artırmağa çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski şənbə günü, fevralın 25-də "Twitter" səhifəsində yazıb.

"Biz "Rosatom" və Rusiyanın atom sənayesinə qarşı qətiyyətli addımlar atılmasını, orduya və bank sektoruna təzyiqi artırmağı gözləyirik", Zelenski yazıb.

Milli.Az