Fransada son 30 ilin ən böyük hərbi təlimi keçirilir

25 Fevral 2023 20:56

Fransanın cənubunda son 30 ilin ən böyük hərbi təlimləri başlayıb.

Milli.Az APA-ya istinadla xəbərinə görə, İspaniya, Britaniya və ABŞ-dan 7000 hərbçinin iştirak etdiyi təlimlər martın 11-dək davam edəcək.

4 mərhələdən ibarət olan təlimlərin əsas məqsədi sözügedən ölkələrin ordularını böyük toqquşmalara hazırlamaqdır. "Orion" adlı əməliyyatda bütün qoşun növləri iştirak edir.

Milli.Az