Hərbi qulluqçuların səyyar stomatoloji müayinə və müalicəsi həyata keçirilib - FOTO

25 Fevral 2023 19:31

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Tibb İdarəsinin müxtəlif istiqamətlərdə yaradılan mobil səyyar qrupları tərəfindən şəxsi heyətin sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlər görülür.

Səyyar stomatoloji kabinetin həkim-mütəxəssisləri tərəfindən ağız boşluğunun sanasiyası, müayinə və müalicəsi, endodontik və lazer plomblarla estetik bərpa işləri görülüb.

Milli.Az