Avropa İttifaqı Şurası Rusiyaya 10-cu sanksiya paketini açıqlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, sanksiya paketinə KİV və ixrac əməliyyatları ilə bağlı yeni məhdudiyyətlər və qadağalar daxil edilib.
Belə ki, Rusiyaya ixrac edilə bilməsi qadağan olunan məhsulların siyahısı genişlənib, ora xüsusi texnika, avadanlıqlar və elektronika daxil edilib. Aİ sanksiyalardan yayınma hallarının qarşısını almaq üçün Rusiya ərazisindən Avropa mallarının və texnologiyalarının tranzitini də qadağan edib.
Paralel olaraq, Rusiya vətəndaşlarına Avropa İttifaqının strateji müəssisələrində rəhbər vəzifələr tutmaq da qadağan edilib. Rusiyanın daha 3 bankı Aİ-nin "qara siyahı"sına salınıb. Məhdudiyyətlər Rusiyadan sintetik kauçuk və bitum alınmasına da şamil edilib.
Rusiyaya elektron komponentlər və tikinti texnikası da daxil olmaqla, 11,4 milyard avroluq ticarət sanksiyaları tətbiq edilib.
Milli.Az