Xatirə İslam gəlinliyini fantastik qiyməyə satışa çıxarıb - VİDEO

25 Fevral 2023 13:31

Müğənni Xatirə İslam toyunda geyindiyi gəlinlik libasını nümayiş etdirib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sözügedən paltarı illər əvvəl satışa çıxarsa da, sata bilməyib. 

Xatirə bildirib ki, evi təmizləyərkən gəlinliyi tapıb. 

Qeyd edək ki, ifaçı 2014-cü ildə gəlinliyini satışa çıxartmışdı. O, ağ libası tikdirdiyini və 15 min manat xərc çəkdiyini qeyd edib. 

Xatırladaq ki, Xatirə 2012-ci ildə Fəxrəddin adlı şəxslə ailə qurub. Cütlüyün Emil adlı oğul övladı var. 

Milli.Az