Zəlzələnin ilk günündən Adıyamanda yardım işlərinə qatılan Mahsun Kırmızıgül sərt açıqlama verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, zəlzələdən süni istifadə edənlərə üsyan edib:
"İnsanlarımız tək ürək olub bir-birinə yardım etdiyi ərəfədə, bəzi gözüdoymaz fürsətçilər zəlzələdə zərərçəkənləri aldadanlar utanmır. Lift və yük daşıyanlar qiyməti 5 qat, ev sahibləri kirayə pulunu 3 qat artırıb. Allah bəlanızı versin".
Milli.Az