Perçinin adına hesab açıb, bu məqsədlə PUL YIĞDILAR - FOTO

25 Fevral 2023 17:31

Türkiyənin məşhur aktrisası Vahide Perçinin adına saxta hesab açılıb və zəlzələdən zərərçəkənlər üçün ianələr toplanmağa başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.

Bildirilib ki, sənətçiyə qarşı edilən dələduzluqdan xəbər tutan keçmiş həyat yoldaşı Altan Gördüm "Twitter" hesabından izləyicilərinə çağırış edib:

"Bu hesab bir fırıldaqçı tərəfindən idarə edilir. Şikayət edin və etibar etməyin". (publika)

Milli.Az