“Əl-Nəsr” Ramosla maraqlanır

25 Fevral 2023 08:34

"Əl-Nəsr" PSJ-nin müdafiəçisi Serxio Ramosu transfer etmək istəyir.

Milli.Az Report-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından olan klubun rəhbərliyi futbolçunun çevrəsi ilə əlaqə saxlayıb və onunla əmək müqaviləsi bağlamaq istədiklərini bildiriblər.

Keçmiş "Real Madrid" və İspaniya millisinin kapitanı PSJ-də özünü rahat hiss etsə də, parislilərin bu yay başa çatan müqaviləsini uzadıb-uzatmayacağını bilmir.

Xatırladaq ki, daha öncə "Əl-Nəsr"in "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istədiyi, lakin bundan imtina etdiyi bildirilirdi.

Milli.Az