Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 218 nəfər olub.
Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Milli.Az