Zelenski: İsrailin bizim tərəfimizdə olmasını istəyirəm!

24 Fevral 2023 23:16

İsrailin Ukrayna konfliktində vasitəçi olmasını deyil, Kiyevin tərəfində olmasını istəyərdim.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Uzun müddət İsraildən, onların siyasətçilərindən uzun müddət dəstək istəmişəm. Bu, mənim üçün çox vacib idi. Bizim ictimai, qeyri-ictimai söhbətlərimiz var. İstərdim onlar Ukraynanın tərəfini seçsinlər", - deyə dövlət başçısı bildirib.

Milli.Az