Nazirdən Rusiyaya: Dərhal qoşunlarını çıxart!

24 Fevral 2023 21:53

Rusiya dərhal qoşunlarını Dnestryanıdan çıxarmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Moldovanın xarici işlər naziri Niku Popesku deyib.

"Rusiya hərbçilərinin, habelə silah-sursatlarının Kolbasne anbarlarından qeyd-şərtsiz və şəffaf şəkildə Moldova Respublikası ərazisindən çıxarılmasının zəruriliyini bir daha təsdiqləyirik", - deyə o bildirib.

Milli.Az