Bu ayaqqabı görünüşü ilə gündəm oldu - QİYMƏT - FOTOlar

25 Fevral 2023 15:40

Dünya sosial şəbəkələrində Amerika brendi olan "MSCHF"yə məxsus qırmızı çəkmələr gündəm olub.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu böyük ayaqqabıların görünüşü artıq bir çox platformalarda gülüş obyektinə çevrilib.

"Astro Boy" adlanan qırmızı rezin çəkmələrin tarixi 1960-cı illərə gedib çıxır. Ayaqqabıların adı həmin dövrlərdə məşhur olan animasiya seriyalarında olan Astro Boy obrazından götürülüb.

Fevralın 16-da satışa çıxarılacaq çəkmələrin qiyməti 350 dollardır (təxminən 594 manat).

Milli.Az