Bakıda 15 yaşlı qız və 16 yaşlı oğlan YOXA ÇIXDI

25 Fevral 2023 08:03

Bakıda 15 yaşlı qız, 16 yaşlı oğlan itkin düşüblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, 2008-ci il təvəllüdlü Zeynallı Aysu Rövşən qızı yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Bundan başqa, Yasamal rayonunda nitq qüsuru olan - 2007-ci il təvəllüdlü Süleyman Nasir oğlu Comərdov yaşadığı evdən çıxaraq itkin düşüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az