ŞOK: Şüşə qab mağazasında zəlzələ anı - Heç nə dağılmadı - VİDEO

24 Fevral 2023 18:17

Türkiyədə "əsrin fəlakəti" adını alan dəhşətli zəlzələ anı şüşə qab mağazasında təhlükəsizlik kamerası vasitəsi ilə qeydə aınıb.

Milli.Az big.az-a istinadən təqdim etdiyi kadrlardan göründüyü kimi, zəlzələ zamanı qablar yerindən tərpənmir.

Mağazanın sahibi Cengizhan Kabul təəccüblə bildirib ki, bina möhkəm tikildiyi üçün mağazada cəmi 1-2 qab sınıb, ümumilikdə isə hər şey olduğu kimi qalıb.

"Hamımız mat qalmışıq. Zəlzələnin ikinci günü mağazamın yerlə-yeksan olduğunu görəcəyimi qəbullanıb gəlmişdim" deyən Kabul vurğulayıb ki, hər kəs insafla bina inşa etsəydi, bu qədər can itkisi olmazdı.

Milli.Az