NATO ölkələri son bir ildə Ukraynaya 120 milyard dollar yardım göstərib

24 Fevral 2023 18:28

NATO müttəfiqləri son bir ildə Ukraynaya 120 milyard dollar yardım göstərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Ceona deyib.

"Bir il əvvəl Putin öz tanklarına Ukrayna sərhədini keçməyi əmr etdiyi gündən bəri NATO müttəfiqləri Ukraynaya 120 milyard dollara yaxın maliyyə, humanitar və hərbi yardım göstərərək görünməmiş dəstək veriblər. Tanklar, qabaqcıl hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və digər hərbi texnika göndərilib".

Onun sözlərinə görə, müttəfiqlər arasında ABŞ ən böyük tək töhfə verən ölkə olsa da, Avropanın NATO Müttəfiqləri və Kanada ümumi yardımın yarıdan çoxunu təmin ediblər.

"Avropalılar həmçinin Ukraynadan gələn qaçqınlara qapı açıblar, Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edilib, Rusiya qazından və Rusiya neftindən imtina edilib", o deyib.

Mili.Az