"Tiktok"da aya 40 min dollar qazanmışam" - Solmaz

24 Fevral 2023 13:01

"Tiktok"dan aya 40 min dollar qazanmışam. Bu ən çox qazandığım məbləğ olub".
 
Milli.Az azxəbər-ə istinadla məlumat verir ki, bu sözləri MTV-də yayımlanan "Ümid ilə gəl" verilişində qonaq olan "tiktok"çu Solmaz (Soli) deyib.
  
Verilişdə qonaq olan jurnalist Məhəmmədəli Qəribli bu pullların şəffaflığına inanmadığını deyib:

"Çoxları pulu geri qaytarır. Soli xanım hansı fərqli kontent ortaya qoyub ki, o qədər pul qazanıb?" deyə o bildirib.
 
Aparıcı Tarix Əliyev də belə bir şeyin mümkün olduğunu deyib: "Mən də bir aya 20 min dollar qazanmışdım".

Milli.Az